Kanadalı aktyor Fransua Arno “Saint Laurent” brendinin səfiri təyin edilib.
Dergi.az xəbər verir ki, moda evinin kreativ direktoru Entoni Vakarellonun vəzifəsindən ayrılması ilə əlaqədar Arno onun şərəfinə özəl bir jest edib.
Oktyabrın 27-də keçirilən “WWD Honors” tədbirində Fransua, Vakarellonun dizayn etdiyi oversayz kostyumu geyinərək dizaynerə ehtiramını ifadə edib.
Aktyor, moda ikonasının yaradıcılığının ona böyük təsir etdiyini vurğulayıb və geyimi haqqında “WWD” nəşrinə açıqlama verərək bildirib ki, “Bu, çox zərifdir. Entoninin işlərində bayağı heç nə yoxdur”.
