Rusiyalı aktrisa Yekaterina Klimovanın böyük qızı Yelizaveta ərə gedir.

Dergi.az xəbər verir ki, 48 yaşlı aktrisa bu xəbəri Natalya Podolskaya ilə müsahibəsində açıqlayıb. Klimova qızının artıq 24 yaşında olduğunu və onun ayrı yaşadığını bildirib. Lakin Yelizavetanın nişanlısının kimliyi açıqlanmayıb.

Yekaterina Klimovanın sözlərinə görə, böyük qızı Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və HSE Dizayn Məktəbində təhsil alıb. Hazırda isə musiqi aparatları sahəsində PR və sosial media işləri ilə məşğuldur.

Yelizaveta, Klimovanın zərgər İlya Xoroşilovdan olan ilk evliliyindən doğulub. Aktrisanın həmçinin aktyor İqor Petrenkodan iki oğlu və aktyor Gela Meskidən 11 yaşlı qızı var.