Rusiyalı aktrisa Yekaterina Klimova yeni fotosessiyadan şəkillərini sosial mediada paylaşıb.

Dergi.az xəbər verir ki, aktrisa qırmızı don və qara botfortlar, həmçinin dəri paltar və hündürdaban ayaqqabılarla pozalar verib. “Payıza doğru”, – Klimova fotoların altında qeyd edib.

İzləyiciləri aktrisaya təriflər yağdırıblar: “Möhtəşəm qadın”, “Dörd uşağı olduğuna inanmaq çətindir… Həmişə gözəl görünür”, “Şairin arzusu, əbədi gənc və gözəl!”

Klimovanın dörd övladı var: 24 yaşlı qızı Yelizaveta, 19 yaşlı oğlu Matvey, 18 yaşlı oğlu Korney və 11 yaşlı qızı İzabella. Aktrisa sonuncu həyat yoldaşı ilə 2019-cu ildə boşanıb.