Amerikalı aktrisa Sidni Suini yəhudi prodüser Skuter Braun üçün yəhudiliyi qəbul etməyə hazır olduğuna dair yayılan şayiələr fonunda ravvinlərlə görüşüb.

Dergi.az xəbər verir ki, Page Six-in məlumatına görə, cütlük Rosh Ha-Shana (yəhudi Yeni ili) münasibətilə sinaqoq xidmətində iştirak edib. Mənbə bildirib ki, 29 yaşlı aktrisa yəhudiliyə keçid prosedurunu öyrənmək üçün iki ravvinlə görüşüb. Bu proses Tövratı dərindən öyrənməyi tələb edir və bir ildən dörd ilədək davam edə bilər.

Cütlüyə yaxın bir şəxs bildirib ki, Sidni və Skuter münasibətlərini daha ciddi mərhələyə keçirmək və ailə qurmaq niyyətindədirlər. Bu səbəbdən aktrisa yəhudiliyi qəbul etməyi düşünür.

Sidni Suininin xristian ailəsində böyüdüyü, lakin sevgilisi Skuter Braunun konservativ yəhudi ailəsindən olduğu qeyd olunub. Israel Hayom qəzeti cütlüyün münasibətlərindəki sürətli inkişafın aktrisanın yaxınlarını narahat etdiyini yazıb.

Sidni Suini tez-tez qalmaqallarla gündəmə gəlir. Onu “Euphoria” serialında uşaq seksualizasiyası və başqa məsələlərlə bağlı tənqid ediblər. Skuter Braun da Teylor Sviftlə olan hüquqi mübahisələri ilə tanınır.