Amerikalı aktrisa Sidni Suini və müğənni Keti Perri Los-Ancelesdə keçirilən Milad partisinə qatılıblar.

Dergi.az xəbər verir ki, tədbir milyarder Ceff Bezosun həyat yoldaşı Loren Sançesin yeni uşaq kitabı “The Fly Who Flew to the North Pole”un təqdimatı münasibətilə təşkil edilib. Partidə Sidni Suini və Keti Perridən başqa, 86 yaşlı Al Paçinonun keçmiş sevgilisi Nur Alfalla və oğlu Roman, Kris Cenner, Elsa Hosk və digər məşhurlar iştirak ediblər.

56 yaşlı Loren Sançes qonaqlar və onların uşaqları üçün Milad üslubunda süni qar, “buz” təpəsi, bəzəkli şam ağacları və kitabdan personajlarla zəngin bir tədbir təşkil edib. Sançes sosial mediada “Dünən Los-Ancelesə qışı gətirdik” açıqlamasını verib.

Loren Sançes ilk uşaq kitabını 2024-cü ildə nəşr edib. O zaman təqdimatda Kim və Kloye Kardaşyan, Kris Cenner və Miranda Kerr iştirak ediblər.