Moskvada “Metropol” otelində Voice Man Awards 2026 mükafat mərasimi keçirilib. Tədbirə Yana Rudkovskaya, Alina Zagitova, Alsu, Oksana Samoylova, Laysan Utyasheva və Pavel Volya, Maksim Matveyev, Viktoriya və Oleq Şelyagovlar, Viktoriya Lopireva, Pavel Priluçnıy və Zepyur Brutyana, Emin Ağalarov, Aqlaya Tarasova, Regina Todorenko, Mot və həyat yoldaşı Mariya, Lyusiya Çebotina, Yelena Kuletskaya, Yekaterina Volkova, Yuri Kolokolnikov və bir çox digər məşhurlar qatılıb.
Dergi.az xəbər verir ki, mərasimin aparıcısı Yuliya Baranovskaya olub və Maksim Matveyev, Aleksandr Roqov, Yuri Kolokolnikov, Emin Ağalarov, Pavel Volya və digər ulduzlar müxtəlif nominasiyalarda mükafatla təltif ediliblər. Tədbirdə həmçinin Laysan Utyasheva və Pavel Volyanın evliliklərinin 14-cü ildönümü qeyd edilib. Aparıcılar cütlüyü təbrik edərək səhnəyə bayram tortu çıxarıblar.
