İtaliyalı DJ Benny Benassi və hollandiyalı prodüser Fedde Le Grand yanvar ayında Avstraliyada üç konsert verəcək.

Dergi.az xəbər verir ki, bu konsertlərdən biri Australian Open çərçivəsində keçiriləcək AO Live proqramının bir hissəsi olacaq. Konsertlər Byron Bay, Sidney və Melburnda baş tutacaq.

Byron Bay’də keçiriləcək klub gecəsi Beach Hotel ilə birgə, Sidney’dəki gündüz partisi isə Fuzzy ilə birgə təşkil olunacaq.

Melburndakı konsertdə isə Sonique, TV Rock, Zoë Badwi və Kailyn Crabbe də səhnə alacaq.

Benny Benassi 2002-ci ildə “Satisfaction” mahnısı ilə elektro-house janrını müəyyən edib və bu janrın inkişafında mühüm rol oynayıb.