I Lənkəran Beynəlxalq Film Festivalı 18-21 noyabr tarixlərində keçirilib və qaliblər müəyyənləşib.
Dergi.az xəbər verir ki, beynəlxalq münsiflər heyətinin qərarına əsasən, festivalın Qran-pri mükafatına Elvin Adıgözəlin “Bağışla məni bu gecə” filmi layiq görülüb.
Ən yaxşı qısametrajlı bədii film Daniel Quliyevin “Uzaq” filmi, ən yaxşı qısametrajlı sənədli film Elməddin Süleymanovun “Planda Bayırşəhər” filmi, ən yaxşı qısametrajlı animasiya filmi isə Kübra Binnətovanın “Eyni yağışın altında” filmi seçilib.
Ən yaxşı rejissor mükafatı “Qütb ulduzu” filminə görə Şirin Əhmədova, ən yaxşı ssenari mükafatı “Hasar” filminə görə Nicat Dadaşova təqdim edilib.
Münsiflər heyətinin xüsusi mükafatları “Prius” filminə görə Emil Əliyə və “Nigaran” filminə görə Orxan Adıgözəlova verilib.
