Rusiyalı prodüser Yana Rudkovskaya 13 yaşlı oğlu Aleksandrın “Gnom Gnomıç” ləqəbini dəyişmək istədiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Rudkovskaya sosial media hesabında oğlunun artıq böyüdüyünü və ləqəbin dəyişdirilməsinin zəruriliyini vurğulayıb. O, izləyicilərindən yeni ləqəb üçün təkliflər istəyib.

İzləyicilər prodüserin bu qərarını dəstəkləyərək, yeni ləqəb variantları təklif ediblər. Bəzi istifadəçilər isə indiyə qədər “Gnom Gnomıç” ləqəbinin qalmasına təəccübləndiklərini bildiriblər.

Aleksandr Pluşenko, idman vətəndaşlığını dəyişərək Azərbaycanı beynəlxalq yarışlarda təmsil edir. O, sosial mediada da geniş izləyici kütləsinə malikdir və “Gnom Gnomıç” ləqəbi ilə tanınırdı.

Pluşenko, ləqəbinin dəyişdirilməsini istəyərək, artıq “Sasha Pluşenko” kimi tanınmaq arzusundadır.