Rusiyalı prodüser Yana Rudkovskaya oğlu Aleksandrın aldığı tənqidlərə münasibət bildirib. Onun oğlu, fiqurlu konkisürmə üzrə idmançı Aleksandr, Ankara şəhərində keçirilən ISU Gənclər Qran-pri mərhələsində 13-cü yeri tutub.
Dergi.az xəbər verir ki, Yana Rudkovskaya, oğlunun çıxışını “Bütün bacardığını etdi. Qısa proqramı mükəmməl yerinə yetirdi” sözləri ilə qiymətləndirib. O, oğlunun xarici şərhçilər tərəfindən təriflənməsini qeyd edib və “kiçik Pleşenko”nun tezliklə böyük uğurlar qazanacağını bildirib.
Rudkovskaya, oğlunun Azərbaycanın adından çıxış etməsi səbəbilə daha çox tənqid olunduğunu vurğulayıb. O, oğlunun idman vətəndaşlığını dəyişdiyini və artıq Azərbaycan üçün yarışdığını xatırladıb.
Prodüser, Aleksandrın ilk beynəlxalq çıxışında 33 iştirakçı arasında 16-cı yeri tutduğunu və bunun onun üçün böyük təcrübə olduğunu bildirib.
