Amerikalı aktrisa Nikola Peltz Parisdə həyat yoldaşı Bruklin Bekhem ilə birlikdə Eyfel qülləsi fonunda romantik foto çəkib.
Dergi.az xəbər verir ki, cütlük Parisdə istirahət edir və onlara Nikolanın kiçik qardaşı Qreq Peltz və dostları da qoşulub. Onlar Messika və Balenciaga moda nümayişlərini, həmçinin Deauville Amerika Film Festivalını ziyarət ediblər.
Bundan əvvəl cütlük Venesiya Film Festivalında qırmızı xalçada görünüb.
Xatırladaq ki, Bruklin Bekhem artıq bir ildən çoxdur ki, valideynləri ilə əlaqə saxlamır.
