Amerikalı aktrisa Nikola Peltz və onun əri Bruklin Bekhem Parisdə çəkilmiş yeni fotolarını yayımlayıb.

Dergi.az xəbər verir ki, cütlük Paris Moda Həftəsinə qatılıb və Peltzin qardaşları Bred və Qreq, həmçinin vizajist Georgi Sandev ilə birlikdə vaxt keçirib.

Nikola Peltz “Paris, səni sevirəm” yazısı ilə fotoları sosial media hesabında paylaşıb.

Qeyd edək ki, cütlük 2022-ci ildə Floridada evlənib və həmin mərasimdə 300 qonaq iştirak edib. Onların ikinci toy mərasimi isə ötən ilin avqustunda baş tutub.

Bruklin Bekhem daha əvvəl həyat yoldaşı Nikola Peltzi tənqid edənlərə qarşı müdafiə edib.