Amerikalı aktyor Noah Uayli “People” jurnalının 2026-cı il üzrə dünyanın ən seksual kişisi seçilib.
Dergi.az xəbər verir ki, aktyor “Təcili yardım” (ER) serialında “doktor Con Karter” obrazı ilə tanınıb.
Nəşrə müsahibəsində Uayli bu xəbəri əvvəlcə zarafat hesab etdiyini etiraf edib. O, İrlandiyada çəkilişlər zamanı piar menecerindən zəng alaraq bu barədə məlumat alıb.
Uayli bildirib ki, həyat yoldaşı, aktrisa Sara Uells də onun sevincini bölüşüb. Cütlüyün üç övladı var.
