Rusiyalı aktrisa Anya Çipovskaya və onun yeni sevgilisi, 36 yaşlı aktyor Nikita Buryachok birlikdə tədbirə qatılaraq münasibətlərini təsdiqləyiblər.
Dergi.az xəbər verir ki, cütlük Fashion Paper jurnalının qala gecəsində iştirak edib və orada birlikdə poz verərək hisslərini gizlətməyiblər.
Nikita Buryachok teatr və kino aktyorudur, o, M.X.T. Çexov adına teatrda çalışır. Onun filmografiyasında “Vosemoy Uçastok”, “Operasiya Prestol”, “Uxojdu Krasivo” kimi seriallar yer alıb.
Aktyorun şəxsi həyatı ilə bağlı StarHit nəşri qeyd edir ki, Buryachok iki dəfə evli olub. İlk həyat yoldaşı aktrisa Anna Protokovilo olub, ikinci həyat yoldaşı isə aktrisa Yelena Alfyorova ilə 2023-cü ilin avqustunda evlənib.
Buryachok və Çipovskaya ilk dəfə 2025-ci ilin yayında birlikdə görülüb və bu ilin iyun ayında onların münasibətləri haqqında danışmağa başlanılıb.
