Amerikalı aktrisa Dakota Conson və müğənni Machine Gun Kelly Kaliforniyada birlikdə vaxt keçiriblər.

Dergi.az xəbər verir ki, Qərbi Hollivudda moda brendi “Khaite-in Dan Tana’s” restoranında təşkil olunan gecədə cütlük ayrı-ayrılıqda iştirak edib.

Dakota Conson və Machine Gun Kelly tədbirdən ayrı-ayrılıqda ayrılsalar da, eyni avtomobillə evlərinə gediblər. MGK sükan arxasında olarkən, fotoqrafların Dakotanın üzünü çəkməməsi üçün bandana ilə onun üzünü örtüb.

Dakota Conson avtomobil yola düşərkən bandananı üzündə saxlamağa davam edib.