Rusiyalı gənc aktrisa Vitali Korniyenko 16 yaşında artıq 264 rolda oynayıb.
Dergi.az xəbər verir ki, ailəsi Moskva şəhərində yaşayan Korniyenko, bacısı Veronika ilə birlikdə kastinqlərə qatılmağa başlayıb. Bir gün çəkiliş meydançasında rejissorun diqqətini çəkən Vitali, kiçik bir rolda iştirak etməyə dəvət alıb.
Rejissor, onun ciddi və xarizmatik davranışını bəyənərək, ssenaridə olmayan bir rolu ona verib. Bu, Korniyenko üçün aktyorluq sevgisinin başlanğıcı olub.
Vitali Korniyenko rəsmi debütünü “Makaroshka” adlı qısametrajlı filmdə edib. O zaman aktrisa cəmi iki yaşında olub.
