Türkiyəli sənət musiqisinin əfsanəvi adı Bülent Ersoy hava limanında gənc pərəstişkarı ilə maraqlı anlar yaşayıb.
Dergi.az xəbər verir ki, hadisə hava limanının liftində baş verib. Sosial mediada @razipreal istifadəçi adı ilə tanınan gənc, təkərli kürsüdə səyahət edən Bülent Ersoyu gördükdə həyəcanını gizlədə bilməyib. O, “Gerçək Diva sizsiniz!” sözləri ilə sənətçiyə olan heyranlığını ifadə edib.
Bülent Ersoy bu səmimi iltifatı böyük bir məmnuniyyət və təbəssümlə qarşılayıb.
Gənc pərəstişkarı ilə qısa, lakin çox səmimi bir söhbət edən Bülent Ersoy, onunla şəkil çəkdirmək istəyini də qəbul edib. Bu anlar sosial mediada paylaşılaraq böyük maraq doğurub.
Video qısa müddətdə minlərlə bəyənmə və şərh alıb və “Diva fərqini yenə göstərdi”, “Həqiqətən xalqın içindən bir sənətçi” kimi rəylərlə gündəmin ən çox danışılan mövzularından biri olub.
