Türkiyəli müğənni Bülent Ersoy “Kaos Show” proqramında iştirak edib və burada baş verənlər sosial mediada geniş müzakirələrə səbəb olub.
Dergi.az xəbər verir ki, Hayrettinin aparıcılıq etdiyi proqramda Kandıralı Ferdi adlı iştirakçının müğənnilik performansı izləyiciləri güldürüb. Ferdi, “Baharı Bekleyen Kumrular Gibi” mahnısını fərqli tərzdə ifa edərək sözləri qarışdırıb və bu, ilk gülüşlərə səbəb olub.
Bülent Ersoy, mahnının əslində Coşkun Sabaha aid olduğunu bildirib və Ferdi’nin performansını zarafatla qarşılayıb. Onun “Amma sözlər bir az qarışdı” deməsi studiyadakıları güldürüb.
Programın sonunda Hayrettin, Ferdi’nin gələcəkdəki musiqi karyerası haqqında Bülent Ersoya sual verib. Diva’nın “Bence bir b.k olmaz” cavabı sosial mediada viral olub və geniş yayılıb.
