Türkiyəli aktrisa Hande Erçel Dubayda ilk dəfə təşkil edilən xüsusi gecədə iştirak edib.

Dergi.az xəbər verir ki, məşhur Lübnanlı dizaynerin imzasını daşıyan geyimi ilə diqqət çəkən Erçelin omuzlarını əhatə edən qalın qara tüy detalları, rəngli çiçək işləmələri və uzun quyruqlu şişirdilmiş libası sosial mediada Bülent Ersoya bənzədilib.

Hande Erçelin bu tərzi sosial mediada geniş müzakirələrə səbəb olub.