2027-ci il “Met Gala” tədbirinin yeni mövzusu “extraORDINARY: Moda və gündəlik həyatın poetikası” olaraq açıqlanıb.

Dergi.az xəbər verir ki, mayın 3-də keçiriləcək tədbirdə köynək, cins şalvar və svitşot kimi gündəlik geyimlərin qeyri-adi dizaynlarla yenidən təqdim olunması ön plana çıxacaq.

Mövzunun əsas məqsədi gündəlik həyatda adi hesab etdiyimiz geyimlərin də sənət əsərinə çevrilə biləcəyini nümayiş etdirməkdir.