Braziliyalı model Adriana Lima, amerikalı aktrisa Eva Longoria, avstraliyalı aktrisa Kate Blanchett və amerikalı aktrisa Jessica Chastain Londonda, Parisdə və Nyu-Yorkda keçirilən tədbirlərdə iştirak ediblər.
Dergi.az xəbər verir ki, Kate Blanchett Londonda “Harper’s Bazaar Women of the Year 2026” mükafatlandırma mərasimində iştirak edib. Tədbir Claridge’s otelində keçirilib və digər qonaqlar arasında aktrisa Elizabeth Debicki və rejissor Sam Taylor-Johnson da yer alıb.
Parisdə Eva Longoria “Paris Global Gift Gala 2026” mükafatlandırma mərasiminin qırmızı xalçasında diqqət çəkib.
Nyu-Yorkda isə Jessica Chastain “Heartland” detektiv trillerinin xüsusi nümayişinə qatılıb. Adriana Lima isə idman brendinin butik açılışında model Adut Akech ilə birgə iştirak edib.
