Moskvada “Şanuar” qrand-kafesində “Motorların döyüşü” filminin genişmiqyaslı premyerasına həsr olunmuş parti keçirilib.
Dergi.az xəbər verir ki, tədbirdə baş rolların ifaçıları Paulina Andreyeva, İvan Yankovski həyat yoldaşı Diana Pojarıskaya ilə, Yura Borisov həyat yoldaşı Anna Şevçukla iştirak ediblər. Həmçinin, Svetlana Bondarçuk həyat yoldaşı Sergey Xarçenko ilə, İrina Zarykova, Marina Rudneva, Kristina və Dmitri Vikulinlər, Anna Slyu, Larisa Baranova və başqaları da tədbirdə olublar.
Paulina Andreyeva qara şalvar və lələklərlə bəzədilmiş topda, Svetlana Bondarçuk isə mavi atlas paltarda və caketdə dostları və həyat yoldaşı Sergey Xarçenko ilə poz verib.
Rejissor İlya Malaninin yeni filminin premyerası bir neçə gün əvvəl “Karo 11 Oktyabr” kinoteatrında böyük təntənə ilə baş tutub. Tədbirdə Paulina Andreyevanın keçmiş əri Fyodor Bondarçuk, Tina Kandelaki, Kristina Asmus, Aqlaya Tarasova, mədəniyyət naziri Olqa Lyubimova, Konstantin Ernst, Pavel Tabakov, Mark Eydelşteyn, Sergey Burunov və başqaları iştirak ediblər. Filmin kinoteatrlarda premyerası 8 oktyabrda olacaq.
