Moskvada “Ağır lüks” serialının premyerası keçirilib. Tədbirin qonaqları arasında serialın prodüseri Fyodor Bondarçuk və onun keçmiş həyat yoldaşı, serialda baş rolu canlandıran Paolina Andreyeva da olub.

Dergi.az xəbər verir ki, 38 yaşlı Paolina Andreyeva qara mini paltarda qırmızı xalçaya çıxıb. 59 yaşlı Fyodor Bondarçuk isə keçmiş həyat yoldaşı ilə birgə foto çəkdirib. Onlar çəkiliş qrupu ilə birlikdə səhnədə serialı təqdim ediblər.

Xatırladaq ki, rejissor Fyodor Bondarçuk və aktrisa Paolina Andreyeva doqquz il birlikdə olub və keçən il ayrılıblar. Onlar 2015-ci ildə tanış olub, dörd il sonra evləniblər. 2021-ci ildə cütlüyün İvan adlı oğlu dünyaya gəlib.

Bondarçuk əvvəllər Svetlana Bondarçukla 30 il evlilik həyatı yaşayıb. Onların Sergey və Varvara adlı övladları və Margarita və Vera adlı nəvələri var. Şayiələrə görə, cütlük Bondarçukun Paolina Andreyeva ilə münasibətinə görə ayrılıb.