Britaniyalı teleaparıcı Reni Hunderkamp “GB News” kanalının canlı yayımında üçüncü övladını gözlədiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, hazırda hamiləliyinin 12-ci həftəsində olan aparıcı bu prosesin heç də asan keçmədiyini etiraf edib. O, əvvəlcə yumurta hüceyrələrini dondurub, daha sonra süni mayalanma (IVF) proseduru üçün üç dəfə Polşaya səfər edib.
Reni Hunderkamp bildirib ki, bu müddət ərzində üç cəhd lazım gəlib və canlı yayımda növbəti səfərinin də nəticəsiz qaldığını anladığı anlar olub.
Aparıcının həmkarları ona studiyada cinsiyyət açıqlama mərasimi təşkil edərək sürpriz ediblər. Körpənin cinsiyyətini açıqlayan tortun kəsilməsi ilə Reni qız anası olacağını öyrənib.
