Amerikalı aktrisa Hilari Svank üçüncü uşağına hamilə olması ilə bağlı aldığı tənqidlərə cavab verib.
Dergi.az xəbər verir ki, 52 yaşlı aktrisa “Drew Barrymore Show”da iştirak edərək, qadınların gec yaşda ana olduqlarına görə tənqid edildiklərini, lakin kişilərin bu cür reaksiyalarla qarşılaşmadıqlarını vurğulayıb. Svank, 2023-cü ildə 48 yaşında Aya və Ohm adlı əkizlərini dünyaya gətirdiyini bildirib.
Drew Barrymore isə proqramda kişilərin 80 yaşlarında belə ata olduqlarını qeyd edərək, Svankın 40 yaşlarında ana olmasına qarşı anlayış göstərilmədiyini vurğulayıb.
Svank, yaşlı valideynlərə qarşı tənqidlərdən birinin, uşaqların kiçik yaşlarında valideynlərini itirə biləcəkləri ilə bağlı olduğunu bildirib. Aktrisa, bu tənqidləri öz həyatında yaşadığı itki ilə əlaqələndirib.
Svank, Instagram hesabında üçüncü uşağına hamilə olduğunu elan etmişdi. Aktrisa və həyat yoldaşı Philip Şnayder 2018-ci ildə evlənib.
