Türkiyəli sənət musiqisinin sevilən ifaçısı Emel Sayın şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib. Konsert öncəsi jurnalistlərin suallarını cavablayan sənətçiyə vəsiyyət və miras məsələsi də soruşulub. Sayın bu mövzuda heç vaxt vəsiyyət hazırlamağı düşünmədiyini və ailəsi ilə miras səbəbindən hər hansı problem yaşanmasını istəmədiyini bildirib.

Dergi.az xəbər verir ki, son günlər Kadir İnanırın mirası ilə bağlı müzakirələr sənət dünyasında miras məsələsini yenidən gündəmə gətirib. Belə bir vaxtda Emel Sayına yönələn vəsiyyət sualı, sənətçinin bu mövzudakı düşüncələrini ortaya çıxarıb.

Sözcü qəzetinin məlumatına görə, Sayın miras məsələsinin onu məmnun etmədiyini və ailələr arasında gözlənilməz problemlərin çıxa biləcəyini qeyd edib. Sənətçi bu mövzunun onu narahat etdiyini açıq şəkildə ifadə edərək, ailə bağlarının maddi məsələlər üzündən zərər görməsini istəmədiyini göstərib.

Emel Sayın ailəsinin böyük bir hissəsini itirdiyini bildirərək, yeğenlərindən də sevgi ilə bəhs edib. Onları öz övladları kimi gördüyünü deyən sənətçi aralarında miras səbəbindən narazılıq yaşanmasını istəmədiyini vurğulayıb.

Sayın, bugünkü günə qədər miras məsələsini heç düşünmədiyini söyləyib. O, ailəsinin bir-birinə bağlı olduğunu və hər şeyi ortaq şəkildə paylaşdıqlarını bildirib.