İspaniyalı müğənni Rosalia Barselonada keçirilən “LOS40 Music Awards” mərasimində qeyri-adi obrazı ilə diqqət mərkəzinə düşüb.

Dergi.az xəbər verir ki, sənətçinin saçına taxdığı böyük quş aksessuarı sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Rosalianın bu cəsarətli tərzi onun pərəstişkarları və moda tənqidçiləri tərəfindən fərqli şəkildə qiymətləndirilib.

Qeyd edək ki, Rosalia musiqi sahəsindəki uğurları ilə yanaşı, moda dünyasında da öz unikallığı ilə tanınır.