ABŞ-lı reallıq şou ulduzu Kim Kardaşyan vəkil olmaq üçün imtahanı yenidən verməyi planlaşdırdığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Kim “Not Skinny But Not Fat” podkastında aparıcı Amanda Hirşa bildirib ki, Kaliforniya bar imtahanını keçmədikdən sonra bu məqsədindən imtina etməyib.

Kim Kardaşyan “baby bar” hüquq imtahanını dördüncü cəhdində keçsə də, tam hüquqlu vəkil olmaq üçün əsas imtahandan keçə bilməyib. O, bir gün bu imtahanı yenidən vermək istədiyini vurğulayıb.

Hazırda Kim “All’s Fair” hüquqi dramını və SKIMS geyim xəttini tanıdır. O, həmçinin “TikTok Shop”dan SKIMS məhsullarının oxşarlarını alaraq onların keyfiyyətini yoxlamağa çalışdığını bildirib.

Kim Kardaşyan yaxınlarda Apple Pay mobil ödəniş xidmətini kəşf etdiyini və bunun həyatını dəyişdiyini də qeyd edib.