Amerikalı aktrisa Naomi Vatts “Hər şey ədalətli” serialının çəkilişlərində Kim Kardaşyan və Sara Polsonla birgə görüntülərini paylaşıb.

Dergi.az xəbər verir ki, Vatts sosial mediada Kardaşyanın rekvizit olan yeməkləri yediyi və həmkarı Polsonla birgə olduğu fotoları yayımlayıb. Digər bir fotoda isə Kim aktrisa Nişi Neşin dizində yatdığı görünür. “O, yeyir və yatır, və yatır! Bizim kraliçamız istirahətə ehtiyac duyur”, – deyə Vatts fotoları şərh edib.

Yaxınlarda Kim Kardaşyan, Naomi Vatts və Sara Polson “Hər şey ədalətli” serialının ikinci mövsümünün Nyu-Yorkda keçirilən premyerasına qatılıblar. Hüquqi dram serialı boşanma işlərində ixtisaslaşan qadın vəkillərdən bəhs edir və Kardaşyanın rolu məşhur boşanma vəkili Lora Vasserin obrazına əsaslanıb.

Xatırladaq ki, “Hər şey ədalətli” serialında Kim Kardaşyanın oyunu tənqidçilər tərəfindən “dəhşətli” və “uğursuz” adlandırılıb. Lakin onun artıq aktyorluq təcrübəsi var: daha əvvəl “Amerikan qorxu hekayəsi” serialının 12-ci mövsümündə Emma Roberts ilə baş rolu paylaşmış, “Ananızla necə tanış oldum”, “Studiya 30” və “Ölümcül gözəl” seriallarında epizodik rollarda çıxış etmişdi.