Amerikalı aktrisa Anya Taylor-Joy, Kim Kardaşyan və Nicole Kidman Los-Ancelesdə keçirilən LACMA Art+Film Gala 2026 xeyriyyə gecəsinə qatılıblar.
Dergi.az xəbər verir ki, tədbirə Leonardo Di Kaprio həmsədrliyi edib və bu il rejissor Deni Vilnöv və latviyalı-amerikalı rəssam Vija Celminş təltif olunub. Anya Taylor-Joy 1997-ci il Pierre Cardin, Nicole Kidman Chanel, Kim Kardaşyan isə Gucci geyimində iştirak ediblər.
Məşhur qonaqlar arasında Kylia Jenner, Rosie Huntington-Whiteley, Vittoria Ceretti, Candice Swanepoel, Emily Ratajkowski və Alex Consani də olub. Müğənni Rosé isə Saint Laurent geyimində solo çıxış edib.
Ötən il LACMA Art + Film gecəsində rəssam Mary Corse və rejissor Ryan Coogler təltif edilmişdi.
