Amerikalı məşhur Kim Kardaşyan yeni fotosessiyası ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, Kardaşyan “All’s Fair” serialının ikinci mövsümünün çəkilişləri zamanı ağ xalat və alt paltarında qar mələyi obrazına bürünüb. Məşhurun bu obrazı ağ tüklü xalat, uyğun alt paltarı və tüklü dabanlı terliklə tamamlanıb.
Kim Kardaşyanın tünd şokolad rəngli saçları arxaya yığılmış, ön tərəfdə isə bir neçə telləri buraxılmışdı. Makiyajında isə uzun kirpiklər, bal rəngli bronzer və təbii dodaq boyasından istifadə edilib.
Kim Kardaşyanın qızı North West də anasının stilini bəyənənlər arasındadır. Kim bildirib ki, North onun geyimlərinə dəstək verir və moda məsləhətlərini çox dəyərli hesab edir.
