Amerikalı məşhur Kim Kardaşyan Roma Film Festivalində iştirak edərək diqqət mərkəzində olub.
Dergi.az xəbər verir ki, Kardaşyan Galia Lahav imzalı, yüksək kəsimli korset və aşağı beli ilə seçilən bir geyimlə qırmızı xalçada görünüb. Geyimin arxa hissəsindəki uzun quyruq da xüsusi diqqət çəkib.
Kim Kardaşyanın saçları at quyruğu şəklində toplanıb və görünüşünü Jimmy Choo imzalı ayaqqabılarla tamamlayıb.
“All’s Fair” adlı hüquq dramında rol alan Kardaşyan, hüquq təhsili almasa da, ABŞ-ın Kaliforniya ştatında yasal çıraklıq proqramı vasitəsilə hüquq sahəsində çalışır. Lakin, onun həqiqi vəkil kimi fəaliyyət göstərə bilməsi üçün baro imtahanını keçməsi lazımdır.
