Amerikalı televiziya ulduzu Kim Kardaşyan münasibətlərə qayıtmaq üçün tamamilə sağalmalı olduğunu açıqlayıb.

Dergi.az xəbər verir ki, Kardaşyan “The Sunday Times” jurnalına verdiyi müsahibədə keçmiş əri Kanye Vestdən ayrıldıqdan sonra beş il tək olduğunu və bu müddətin ona yaxşı təsir etdiyini bildirib. O, uşaqları və maraqlandığı layihələr üzərində cəmləşdiyini vurğulayıb.

Kardaşyan hazırkı sevgilisi, Formula 1 sürücüsü Lyuis Hamiltonla münasibətləri haqqında danışmaqdan imtina edib. Cütlük 2026-cı ilin fevralında Parisdə romantik görüşdə görüntüləndikdən sonra əlaqələrini təsdiqləyib.

Kim Kardaşyan daha əvvəl komediyaçı Pit Devidsonla münasibətdə olub, lakin onlar 2022-ci ilin avqustunda ayrılıblar.

Kardaşyan keçmiş əri Kanye Vestlə 2022-ci ildə boşanmasına da toxunub. Onlar dörd uşağı – North, Çikaqo, Saint və Psalmı birlikdə böyüdürlər.

SOSİAL MEDİA MƏZMUNU