63 yaşlı Hollivud ulduzu Demi Mur Los-Ancelesdə keçirilən Step Up Inspiration Awards mərasimində qızı Tallula ilə birlikdə görüntülənib.
Dergi.az xəbər verir ki, aktrisa keçmiş həyat yoldaşı Brüs Uillisdən olan 32 yaşlı qızı ilə fotoqraflar qarşısında poza verib.
Ana və qız tədbirə Thom Browne brendinin ətəkli kostyumlarında qatılıblar. Demi Mur üzərində mənzərə təsviri olan mavi dəsti seçib.
Tallula isə klassik damalı kostyum geyinib. O, görünüşünü gün eynəyi və dovşan formasında qeyri-adi çanta ilə tamamlayıb.
Ana-qızın tədbirdəki görüntüləri sosial şəbəkələrdə də diqqət çəkib.
