Amerikalı aktrisa Cennifer Lourens plastik əməliyyat keçirdiyinə dair iddialardan sonra ilk dəfə qırmızı xalçada görünüb.

Dergi.az xəbər verir ki, Lourens Nyu-Yorkda keçirilən “Aclıq Oyunları: Biçinin Şəfəqi” filminin dünya premyerasında iştirak edib. Aktrisa Dior kolleksiyasından qara ipək, çiçək naxışlı və kürklü yaxalıqlı libas seçib.

Xatırladaq ki, oktyabrın sonunda Lourensin yeni fotosessiyası sosial mediada müzakirələrə səbəb olmuşdu. İzləyicilər aktrisanın üzündə dəyişikliklər olduğunu iddia edərək blefaroplastika etdirdiyini düşünmüşdülər. Lourens isə bu iddiaları təkzib edərək üzündəki dəyişiklikləri “bebi-botoks” və arıqlaması ilə izah edib.

Son müsahibəsində aktrisa döş qaldırma əməliyyatı keçirdiyini təsdiqləyib və gələcəkdə üz qaldırma əməliyyatına da açıq olduğunu bildirib.