Britaniyalı aktyor Daniel Radcliffe “Harri Potter” serialının yeni versiyasını izləməyi planlaşdırmadığını açıqlayıb.

Dergi.az xəbər verir ki, aktyor “Harri Potter” kainatında uzun illər keçirdikdən sonra yeni ekran işinə baxmaq istəyi olmadığını bildirib. Radcliffe həmçinin indiyədək izləmədiyi bir çox məşhur serialın olduğunu vurğulayıb.

Aktyor bildirib ki, “Breaking Bad” və “Mad Men” kimi məşhur seriallara da baxmayıb. O, səkkiz saatlıq ekran işinin çox uzun müddət olduğunu qeyd edib.