Məşhur barbadoslu müğənni Rihanna “Lady Dior” kampaniyasında tamamilə çılpaq şəkildə qızı ilə birlikdə iştirak edib.

Dergi.az xəbər verir ki, fotosessiyada Rihannanın A$AP Rocky ilə olan qızı da yer alıb. Qızları Rokinin bu sentyabrda bir yaşı tamam olub.

Rihanna və qızı kampaniyada uyğun geyimlərdə, qara dəri gödəkçələrdə görünüb.

Xatırladaq ki, Rihanna son zamanlar “Savage X Fenty” alt geyim markasının reklamlarında tez-tez bədənini nümayiş etdirir. O, yaxınlarda dərin dekolteli şəffaf bədən geyimində çəkilib, daha əvvəl isə açıq-saçıq çəkiliş üçün krujeva geyinib.

Rihannanın A$AP Rocky-dən Rokidən başqa iki oğlu da var: Riza və Riot. Onun dördüncü dəfə hamilə olduğu barədə şayiələr yayılsa da, təsdiqini tapmayıb.