Müğənni Rihanna gecə saatlarında Los-Ancelesdə alış-verişə çıxıb.
Dergi.az xəbər verir ki, 38 yaşlı “Fenty Beauty” brendinin qurucusu “The Grove” ticarət mərkəzində “GAP”, “Nordstrom” və “Janie and Jack” mağazalarında alış-veriş edib.
Rihanna zövqlü və rahat geyim tərzi ilə diqqət çəkib. O, açıq çəhrayı köynəyin üzərindən bej rəngli, bol kəsimli trenç geyinib, tünd qəhvəyi şalvar və yaşıl bağcıqlı “Miu Miu x New Balance” idman ayaqqabılarına üstünlük verib.
