Rusiyalı model Anastasiya Reşetova nikahından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Dergi.az xəbər verir ki, keçmiş sevgilisi reper Timati olan Reşetova “Voice Man Awards” jurnalının mükafatlandırma mərasiminə qatılıb. Tədbirdə o, yazıçı Aleksandr Tsıpkın və müğənni Zara ilə birlikdə səhnəyə çıxaraq “Xeyriyyəçilik. İlin fondu” nominasiyasında Konstantin Xabenskini mükafatlandırıb.
Anastasiya Reşetova tədbirə dekolteli pudra-çəhrayı bluza və uzun ətəkdə gəlib. Onun obrazını qısa xəz və kütləvi boyunbağı tamamlayıb.
Reşetova, həmçinin, həyat yoldaşı Valeri Tsvek haqqında yayılan iddialara münasibət bildirib. O, sosial media hesabında həyat yoldaşının “cinayət keçmişi” və “alfons” reputasiyası ilə bağlı yayılan xəbərlərin başqa bir kişi tərəfindən yayıldığını deyib.
