Türkiyəli aktrisa Sinem Ünsal və aktyor Ozan Akbaba “Uzak Şehir” serialı ilə 54-cü Beynəlxalq Emmy mükafatlarında Türkiyəni təmsil edib.

Dergi.az xəbər verir ki, ABŞ-da keçirilən tədbirdə “Uzak Şehir” serialının baş rol oyunçuları Sinem Ünsal və Ozan Akbaba ilk dəfə qırmızı xalçada görünüblər. Serialın çəkilişləri Mardində davam edir.

Sinem Ünsal tədbirdə jurnalistlərə açıqlama verərək ilk dəfə Emmy mükafatlarına qatıldığını və bu təcrübənin onun üçün çox qürurverici olduğunu bildirib.

Ozan Akbaba isə tədbirin atmosferinin onu heyran etdiyini və ümid etdiyini ki, geri dönərkən gözəl bir mükafatla qayıdacaqlarını qeyd edib.

“Uzak Şehir” serialı “Ən Yaxşı Telenovela” kateqoriyasında mükafat üçün yarışıb və Ay Yapım imzalı “Leyla: Hayat, Aşk, Adalet” serialı isə mükafata layiq görülüb.