Türkiyənin “Üç Kız Kardeş” serialının çəkildiyi Balıkesir Ayvalık bölgəsi, son zamanlarda yeni cazibə mərkəzinə çevrilib.

Dergi.az xəbər verir ki, serialın populyarlığı, Ayvalıkın təbii gözəllikləri və İstanbulun yaxınlığı ilə birləşərək həm məşhurların, həm də tətilçilərin bölgəyə marağını artırıb.

Tarixi abidələri və sakit həyat tərzi ilə seçilən Ayvalık, İstanbuldan qaçmaq istəyənlər üçün yeni məkan olub. Televiziyaçı Armağan Çağlayanın da yerləşdiyi bu bölgə, məşhurların yaylıq ev yatırımları üçün əsas seçimlərindən biridir.

Tələbin artması, bölgənin əmlak bazarını da canlandıraraq daşınmaz əmlak qiymətlərini yüksəldib.