Türkiyəli müğənni Buray Grönlandda tətil zamanı gözlənilməz bir hadisə ilə üzləşib. Onun telefonu 60 metr hündürlükdən aşağı düşüb.

Dergi.az xəbər verir ki, Buray Grönlandın buzlu təbiətində istirahət edərkən telefonunu təsadüfən uçurumdan salıb. Müğənni bu hadisəni sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Telefonun düşməsi Burayın tətilinə mane olmayıb və o, Grönlandın gözəlliklərini kəşf etməyə davam edib.