Türkiyəli pop müğənnisi Buray Grönlandda keçirdiyi tətil zamanı qeyri-adi bir hadisə ilə gündəmə gəlib. Müğənni buzla örtülü ərazilərdə macəra yaşamaq istəyərkən telefonunu itirib.
Dergi.az xəbər verir ki, Buray Grönlandda buzlaqların üzərində gəzinti edərkən telefonunu əlindən salıb. Telefon təxminən 60 metr aşağıya düşərək dənizin soyuq sularına batıb.
Müğənni baş verən hadisəni iştirak etdiyi bir tədbirdə jurnalistlərlə bölüşüb. Buray telefonuna bir daha çatmanın mümkün olmadığını bildirib və yaşadığı bu ekstremal təcrübəni əyləncəli şəkildə danışıb.
Burayın bu qeyri-adi tətil xatirəsi tədbirdəki qonaqları həm təəccübləndirib, həm də güldürüb.
