Rusiyanın və xarici ölkələrin tanınmış şou-biznes nümayəndələri yay tətilini müxtəlif kurortlarda keçirirlər. Ulduzların istirahət zamanı çəkdirdikləri bikinili fotolar isə sosial şəbəkələrdə diqqət çəkib.
Dergi.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı aktrisa Katerina Şpitsa, müğənnilər Polina Qaqarina və Valeriya, həmçinin “Klon” serialındakı rolu ilə tanınan italiyalı aktrisa Giovanna Antonelli tətil görüntülərini izləyiciləri ilə bölüşüblər.
Bir neçə ay əvvəl ikinci övladını dünyaya gətirən Katerina Şpitsa narıncı bikinidə kamera qarşısına keçib. 58 yaşlı müğənni Valeriya isə hovuz kənarında çəkdirdiyi fotolarda formada olduğunu nümayiş etdirib.
“Klona” serialının ulduzu, 50 yaşlı Giovanna Antonelli istirahətini yaxtada keçirib və burada çəkdirdiyi fotolarını paylaşıb.
Rusiyalı model və Boris Berezovskinin keçmiş sevgilisi Darya Konovalova isə İbizada istirahət edib. O, Gucci bikinisi ilə kamera qarşısına keçərək tətil zamanı rəsm də çəkib.
39 yaşlı rusiyalı müğənni Polina Qaqarina qızı ilə birlikdə Türkiyədə dincəlib. O, bəbir naxışlı çimərlik geyimində çəkdirdiyi fotolarını sosial şəbəkədə yayımlayıb.
Müğənni Saşa Savelyeva isə tətil üçün İsraili seçib. O, çəhrayı bikinidə çəkdirdiyi görüntülərlə diqqət çəkib.
Beləliklə, rusiyalı və xarici məşhurların yay istirahətindən paylaşdıqları rəngarəng fotolar sosial şəbəkələrdə geniş marağa səbəb olub.















