Kanye Vestin həyat yoldaşı, məşhur Bianca Censori Los Ancelesdə keçirilən George Lukas Narrativ İncəsənət Muzeyinin xüsusi dəvətində iştirak edərək diqqət mərkəzində olub.

Dergi.az xəbər verir ki, Censori geyimi və saç rəngi ilə bütün nəzərləri üzərinə çəkib. O, şəffaf geyimi və yeni saç rəngi ilə gecənin ən çox danışılan məqamlarından biri olub.

Kanye Vest və Bianca Censori muzeyi birlikdə gəzərkən mətbuat nümayəndələri də onları yaxından izləyib. Kanye Vest daha sadə bir görünüş seçsə də, Censori hər zamankı kimi iddialı tərzi ilə fərqlənib.

Bianca Censori sosial mediada da geyimi ilə diqqət çəkib. Onun cəsur görünüşü və yeni saç rəngi sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Censori bu dəfə açıq çiyələk sarısı saç rəngi ilə də təəccübləndirib. Onun yeni imici də geyimi qədər danışılıb.