İrlandiyalı aktyor Pirs Brosnan və həyat yoldaşı Kili Şey Smit Los Ancelesdə onun 63-cü doğum gününü qeyd ediblər.

Dergi.az xəbər verir ki, 73 yaşlı keçmiş Ceyms Bond ulduzu və jurnalist Kili Şey Smit, qollu-qollu lüks bir şam yeməyinə qatılıblar.

Kili qara don və qara pencək geyinib, iri mirvari boyunbağı və zərif balet ayaqqabıları ilə görünüşünü tamamlayıb. Pirs isə mavi kətan kostyum və dəbli günəş eynəkləri ilə gənc görünürdü.

Cütlük 25 illik evliliklərini qeyd edərkən, onların iki oğlu, 29 yaşlı Dilan və 25 yaşlı Paris də onlara qoşulub.

Keçən il Pirs Brosnan, Kili ilə münasibətinin hələ də onun “dünyasını dəyişdirdiyini” bildirib. O, “Fox News”a verdiyi müsahibədə “O, hələ də ürəyimi oxuyur və dünyamı dəyişdirir” deyə vurğulayıb.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00