Reper Kanye Uest və həyat yoldaşı Bianca Censori Los-Ancelesdə yeni açılan George Lucas Anlatı Sənəti Muzeyini ziyarət ediblər. Lakin cütlüyün muzey gəzintisindən çox Censorinin görünüşü müzakirə olunub.

Dergi.az xəbər verir ki, VIP dəvətlə muzeyə gələn cütlük burada media nümayəndələrinin diqqətini çəkib. Xüsusilə 31 yaşlı Censorinin cəsarətli geyimi və yeni saç stili gündəmə damğa vurub.

Censori muzey ziyarəti üçün qara transparan halter-yaxa üst, yüksək belli dar qara tayt və qara dikdaban ayaqqabı seçib. O, görünüşünü kiçik qəhvəyi tüklü çanta ilə tamamlayıb.

Lakin gecənin əsas sürprizi Censorinin yeni saç düzümü olub. Bir müddət müxtəlif saç rəngləri ilə görünən məşhur bu dəfə açıq çiyələk-sarı tonlarında, kahküllü yeni imiclə kameralar qarşısına çıxıb.

Kanye Uest isə daha sadə görünüşə üstünlük verib.

Censorinin həm transparan geyimi, həm də yeni saç düzümü sosial şəbəkələrdə geniş müzakirə olunub və cütlüyün muzey ziyarətini kölgədə qoyub.