Amerikalı aktrisalar Cennifer Eniston və Riz Uizerspun müasir televiziyanın ən yüksək qonorar alan aktrisaları sırasında qərarlaşıb.
Dergi.az xəbər verir ki, “The Morning Show” serialında canlandırdıqları rollara görə, hər biri hər seriya üçün təxminən 2 milyon dollar qonorar alır.
Məlumata əsasən, Silvestr Stallone “Tulsa King” və Kris Pratt “The Terminal List” seriallarındakı rollarına görə eyni məbləğdə qonorar əldə edirlər.
