Türkiyəli musiqiçi Kazım Koyuncunun həyatını əks etdirən “Kazım: Yarım Kalan” filminin ilk afişası yayımlanıb.

Dergi.az xəbər verir ki, Nar Film, ARÇ Productions və Aktan Görsel Sanatlar tərəfindən istehsal olunan filmin rejissoru Ödüllü rejissor Özcan Alperdir. Filmdə Kazım Koyuncunu Cem Yiğit Üzümoğlu canlandırır və onun ilk görüntüsü afişa ilə təqdim edilib.

Filmin fragmanı yaxın zamanda tamaşaçılara təqdim olunacaq. Kazım Koyuncunun doğum günü münasibətilə Cem Yiğit Üzümoğlu “Ben” mahnısını səsləndirib və bu performans Kazım Koyuncunun xatirəsinə bir hörmət duruşu kimi təqdim olunub.

“Kazım: Yarım Kalan” filmi Kazım Koyuncunun Çernobıl fəlakətindən sonra başlayan həyat hekayəsini və onun musiqi karyerasını əks etdirir. Film 1 yanvar tarixində kinoteatrlarda nümayiş olunacaq.