Türkiyəli aktrisa Pelin Karahan ‘Muhteşem Yüzyıl’ serialındakı ‘Mihrimah Sultan’ rolunu ilk başda qəbul etməməsi ilə bağlı etiraf edib.
Dergi.az xəbər verir ki, aktrisa bu rolu yaşına görə qəbul etmədiyini, lakin sonradan nə qədər yanıldığını anladığını bildirib. O, 29 yaşında serialın aktyor heyətinə qoşulub və bu layihənin həyatındakı ən yaxşı işlərdən biri olduğunu vurğulayıb.
Pelin Karahan, köhnə rol yoldaşları ilə bir araya gəldiyini və bu görüşün çox xoş keçdiyini deyib. O, aradan uzun illər keçməsinə baxmayaraq, həmin günləri çox darıxdığını bildirib.
Aktrisa, həmçinin uşaqları Ali Demir və Can Eyüp haqqında danışıb. Oğlunun Galatasaray altyapısında futbola başladığını və lisansının çıxdığını qeyd edib.
